Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
22.03.2013Martın 22-də saat 13.00 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Urfan Şahbudaqovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış U.Şahbudaqov və sərnişinlərindən anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölmüş, digər sərnişinləri - oğlu Natiq, Bakı şəhər sakinləri İdris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə A.Abbasov və sərnişini Samirə Cəbrayılova xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.