Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.03.2013Martın 16-da saat 18.10 radələrində Xətai rayonu ərazisində, şəhər sakini Saday Paşayev "VAZ-21011" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında saxlanılmış Ceyhun Baxşəliyevə məxsus "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə S.Paşayev və sərnişini Nizami Rəhimov hadisə yerində ölmüşlər.