Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.03.2013Martın 16-da saat 21.30 radələrində Sumqayıt şəhəri ərazisində, Şabran rayon sakini Xeyrulla Cəlilov "NİVA" markalı avtomaşını idarə edərkən, yolu keçən şəhər sakini Gülsüm Cəbiyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.