Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Rübabə Yusifova ölmüşdür
16.03.2013Martın 15-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində, Bərdə rayon sakini Kəmaləddin Qasımov "Toyota" markalı avtomaşını idarə edərkən, şəhər sakini Rübabə Yusifovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada martın 16-da orada ölmüşdür.