Xuliqanlıq etmiş Abşeron rayonunun Mehdiabad qəsəbə sakini Vasif Musayev tutulmuşdur
16.03.20132012-ci ilin sentyabr ayının 11-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vasif Musayev xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq, həmyerlisi Şahlar Mustafayevə ayaq nahiyəsindən xəsarət yetirib, hadisə yerindən qaçmışdır. Ş.Mustafayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. V.Musayev RPŞ əməkdaşları tərəfindən tutulmuş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi ondan götürülmüşdür.