Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Cabbar İbrahimov odlu silahdan atəş açaraq iki nəfəri qətlə yetirmiş birini isə yaralamışdır

02.03.2013

Martın 2-də saat 15.30 radələrində Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Cabbar İbrahimov, Xəlifəli Rəhimov, Mirxalid Rəhimov və qəsəbə sakinləri Elman Zeynalov, onun qardaşları Taleh və Bəhruz arasında baş vermiş münaqişə zamanı C.İbrahimov ov tüfəngindən atəş açaraq E.Zeynalovu və Talehi qətlə yetirmiş, Bəhruzu isə yaralamışdır.
Bəhruz xəstəxanaya yerləşdirilmişdir.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə C.İbrahimov, X.Rəhimov və M.Rəhimov tutulmuş, hadisə yerindən "İJ" markalı ov tüfəngi və 6 ədəd boş ptron gilizi və 2 ədəd patron götürülmüşdür.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.