Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Anar Məmmədovun digər cinayət əməli də müəyyən edilmişdir
02.03.2013Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Ələddin Səfərova məxsus mağazadan 110 manat pul və tütün məmulatını oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Musayevlə birgə Zaur Allahverdiyevə məxsus bağ evindən 3 ədəd laqondanı da oğurlamaları müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Musayev tutulmuşdur.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Musayev tutulmuşdur.