Ucar rayon sakini Rəvan İsmayılzadə ov tüfəngindən açdığı atəş nəticəsində qohumu Ümid Məmmədova xəsarət yetirmişdir
02.03.2013Martın 2-də Zərdab rayonunun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Rəvan İsmayılzadə ehtiyatsızlıqdan qohumu Kərim Məmmədova məxsus ov tüfəngindən açdığı atəş nəticəsində digər qohumu Ümid Məmmədova xəsarət yetirmişdir. Ü.Məmmədov xəstəxanaya yerləşdirilmişdir.
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.İsmayılzadə tutulmuşdur. Hadisə yerindən 1 ədəd "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür. Araşdırma aparılır.
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.İsmayılzadə tutulmuşdur. Hadisə yerindən 1 ədəd "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür. Araşdırma aparılır.