Qaradağ rayonu Səngəçal qəsəbə sakini Elxan Zahidov avtomaşınla qaz borusunun üzərindən keçərkən qaz sızması nəticəsində yanğın baş vermişdir
02.03.2013Martın 2-də saat 22.30 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində qəsəbə sakini Elxan Zahidov "UAZ" markalı avtomaşınla qaz borusunun üzərindən keçərkən qaz sızması nəticəsində yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət alan olmamışdır.