Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində bir qrup şəxs arasında baş vermiş münaqişə nəticəsində iki nəfərə bıçaqla xəsarət yetirilmiş, bir nəfər döyülmüşdür
11.02.2013Fevralın 11-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində, Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş vermişdir. Bu zaman Vasif Həsənov bıçaqla Ə.Mirzəyevə və M.Qasımova xəsarət yetirmiş, İ.İbrahimov isə döyülmüşdür. V.Həsənov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulmuş, Vahid Həsənovun, E.Rəşidovun, B.Həsənovun və E.Sadiyevin izahatları alındıqdan sonra buraxılmışlar.