Suraxanı rayonu ərazisində "Moskviç" markalı avtomaşınla 25-30 yaşlı kişi vurulmuşdur
11.02.2013Fevralın 12-də saat 02.00 radələrində Suraxanı rayonu ərazisində, şəhər sakini Rasim Qadirov "Moskviç" markalı avtomaşını idarə edərkən, 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.