Şəki rayonu ərazisində odlu silahdan havaya atəş açmış Y.Əsgərzadə və A.Şəfiyevdən silah-sursat götürülmüşdür
11.02.2013Fevralın 10-da Şəki ŞRPŞ-nə rayonun "Daşqaya" adlandırılan ərazisində naməlum şəxslərin odlu silahdan havaya atəş açmaları barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar şübhəli şəxs qismində şəhər sakini Yalçın Əsgərzadə və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Şəfiyev ŞRPŞ-nə gətirilmişlər. Y.Əsgərzadənin idarə etdiyi "Toyota Prado" markalı avtomaşına baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 12 ədəd tapança patronu və 1 ədəd patron darağı, A.Şəfiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşına baxış zamanı isə 4 ədəd tapança patronu aşkar edilərək götürülmüşdür.