Salyan rayonu ərazisində Biləsuvar rayon sakini N.Əsədov avtomaşını idarə edərkən yolu keçən F.Bəxtiyarovu vurmuşdur
11.02.2013Fevralın 10-da saat 19.10 radələrində Salyan rayonu ərazisində, Biləsuvar rayon sakini Nadir Əsədov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən, yolu keçən Neftçala rayon sakini Fərhad Bəxtiyarovu vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Bəxtiyarov fevralın 11-də orada ölmüşdür.