Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.02.2013Fevralın 9-da saat 06.20 radələrində Sabunçu rayonu ərazisində, Qəbələ rayon sakini Ramiq Rəsulov "Hovo" markalı yük avtomaşını idarə edərkən, onu Bakı şəhər sakini Tofiq Bayramovun yolun kənarında saxladığı "Shacman" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə T.Bayramov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.