"102" Zəng Mərkəzinə zəng edərək yalan məlumat verənin şəxsiyyəti müəyyən edilmişdir
09.02.2013Fevralın 9-da saat 16.56-da, naməlum şəxs telefonla "102" Zəng Mərkəzinə zəng edərək, "Xırdalan şəhərindəki 2 saylı Orta Məktəbə bomba qoymuşam" deyərək dəstəyi asmışdır. Növbətçi Hissələri İdarəetmə Xidməti və Abşeron RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Araşdırma zamanı zəng edən şəxsin Masallı rayon sakini Yusif Mikayılov olması müəyyən edilmişdir.