Xızı rayonu ərazisində iki nəfərə qarşı quldurluq etmiş Y.Tahirov tutulmuşdur
09.02.2013Fevralın 8-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində, naməlum şəxs rayon sakini Elman Şəfiyev və Sumqayıt şəhər sakini Namiq Əliyevi bıçaqla hədələyərək, onlardan 62 manat pul, 1 ədəd bıçaq və 2 ədəd mobil telefon almışlar. Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Yəhya Tahirov tutulmuşdur.