Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.02.2013Fevralın 9-da saat 19.10 radələrində Qaradağ rayonu ərazisində Qobustan qəsəbə sakini Ramil Surxayev "Mercedes" markalı yük avtomaşını ilə Lənkəran rayon sakini Babulla Əbdülovun idarə etdiyi "Ford-Transit" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə xəsarət almış B.Əbdülov, sərnişinləri Xatirə Həsənova və Emin Əmirov xəstəxanaya yerləşdirilmişlər. E.Əmirova tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.