Gəncə şəhər sakini Elnur Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır
02.02.2013Fevralın 2-də Gəncə şəhəri ərazisindəki “Neon” Un Məmulatı Fabrikinin qarşısında, şəhər sakini Elnur Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənin şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov olması müəyyən edilmişdir.