Avtomaşın qaçırmış Yevlax rayon sakini Anar Kərimoğlu tutulmuşdur
02.02.2013Yanvarın 2-nə keçən gecə Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisindən, Sədi Mehralıyevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Quşçu kəndi ərazisində tapılmış və avtomaşını qaçırmış rayon sakini Anar Kərimoğlu tutulmuşdur.