Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
02.02.2013Fevralın 2-də saat 07.50 radələrində Şirvan şəhəri ərazisində, şəhər sakini Elxan Abdulov "Mercedes" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.