Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi
02.02.2013Fevralın 2-də saat 13.20 radələrində Quba rayonu ərazisində, rayon sakini Nazif İsgəndərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Gülşən Qarayevanı vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Araşdırmalar zamanı, avtomaşının Ələkbər Nəbifəriyə məxsus olması və onun evinin qarşısından qaçırılması müəyyən edilmişdir. N.İsgəndərov Quba RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.