Şabran rayonunun Ağbaş kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.01.2013Yanvarın 18-də saat 00.10 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində, Siyəzən rayon sakini Neman Babayev "VAZ-21074" markalı avtomaşını idarə edərkən, onu Samur-Abşeron kanalına aşırmışdır. Nəticədə avtomaşında sərnişin qismində gedən Cavid Əmirova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmış, sürücünün tapılması istiqamətində tədbirlər davam etdirilir.