Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sumqayıt şəhər sakini Mehparə Məhərrəmova ölmüşdür
18.01.2013Yanvarın 17-də saat 14.20 radələrində Sumqayıt şəhəri ərazisində, Şabran rayon sakini Laçın Əliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən, yolu keçən şəhər sakini Mehparə Məhərrəmovanı vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 18-də orada ölmüşdür.