Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
18.01.2013Yanvarın 18-də saat 19.30 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində, Cəlilabad rayon sakini Ramin Nağıyev "Mercedes" markalı avtomaşını idarə edərkən, yolu keçən Ələt qəsəbə sakini İbrahim Sarıyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.