Oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Anar Cümşüdov və Xaçmaz rayon sakini Gülağa İbrahimov tutulmuşlar
18.01.2013Baş Mühafizə İdarəsi və Qusar RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki anbardan 2 ədəd su qızdırıcısını oğurlayıb "Mercedes" markalı avtomaşına yükləyib aparmağa cəhd göstərmiş Sumqayıt şəhər sakini Anar Cümşüdov və Xaçmaz rayon sakini Gülağa İbrahimov tutulmuşlar.