Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
08.01.2013Yanvarın 8-də saat 09.20 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Vahid Həmzəyev "MAZ" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış Avtozavod qəsəbə sakini Bəxtiyar Süleymanova məxsus "BMW-318" markalı avtomaşına vurmuş və bu zaman həmin avtomaşına oturmaq istəyən qəsəbə sakini Ruslan Vəlizadə xəsarət almışdır. R.Vəlizadə xəstəxanaya aparılarkən yolda ölmüşdür.