Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı ölən 4 nəfərin şəxsiyyətləri müəyyən edilmişdir
08.01.2013Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı ölən 4 nəfərin şəxsiyyətləri müəyyən edilmişdir. Onlar Zəyəm qəsəbə sakinləri Murad Babayev, Çiçək Babayeva, Leyla Nağıyeva və Nağı Nağızadə olmuşlar.