DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
08.01.2013Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Babayevdən 2,25 qram marixuana və 0,231 qram heroin götürülmüşdür. Z.Babayevə narkotik vasitəni satmış, şəhər sakini Arzu Nəsirova tutulmuş, mənzilinə baxış zamanı 1 kiloqram 30 qram marixuana və 103,237 qram heroin aşkar edilərək götürülmüşdür.