Zaqatala rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.01.2013Yanvarın 8-də saat 12.50 radələrində Zaqatala rayonunun Muğanlı kəndi ərazisində, rayon sakinləri Pərvin İbrahimovun idarə etdiyi "VAZ-20199" və Musa Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuş, sonradan "VAZ-21099" markalı avtomaşın aşmışdır. Nəticədə, xəsarət almış P.İbrahimov və sərnişinləri Hüseyn İbrahimov, Elvin İbrahimov və Qurban Qurbanov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.