Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şəmkir rayon Yeniabad kənd sakini Vidadi Yaqubov ölmüşdür
08.01.2013Yanvarın 6-da Şəmkir rayonunun Yeniabad kəndi ərazisində, Bakı şəhər sakini Ramil Həsənov "VAZ-2106" markalı avtomaşını idarə edərkən kənd sakini Vidadi Yaqubovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Yaqabuv yanvarın 8-də orada ölmüşdür.