Sabunçu rayonu ərazisində Ç.Əbdülrəhimova məxsus mağazadan ərzaq məhsullarını götürüb qaçan 2 şəxsdən biri tutulmuşdur
01.01.2013Yanvarın 1-də Sabunçu rayonu ərazisində, mağazaya gəlmiş 2 naməlum şəxs oranın sahibi Çingiz Əbdülrəhimova 100 dollar pul verib ərzaq məhsulları almış, Ç.Əbdülrəhimov pulun saxta olduğunu hiss etdiyini gördükdə onlar həmin pulu və aldıqları ərzaq məhsullarını götürüb qaçarkən onlardan biri Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulmuşdur. Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xəzər Əhmədov, hadisə yerindən qaçmış digər şəxsin isə Babək Mürsəlov olması müəyyən edilmişdir.