Xəzər rayonu ərazisində Y.Maqsumov "VAZ-2106" markalı avtomaşını qaçırmış və idarə edərkən onu aşırmışdır
01.01.2013Yanvarın 1-də saat 01.05 radələrində Xəzər rayonunun Pirallahı qəsəbəsi ərazisində, qəsəbə sakini Yadigar Maqsumov həmyerlisi Oleq Yermakova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış və idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış Y.Maqsumov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.