Tovuz rayonu ərazisində Gəncə şəhər sakini S.Dəmirov avtomaşını idarə edərkən Şəmkir rayon sakini T.Əliyevi vurmuşdur
01.01.2013Yanvarın 1-də saat 17.00 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində, Gəncə şəhər sakini Səbuhi Dəmirov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Şəmkir rayon sakini Tanrıverdi Əliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Əliyev orada ölmüşdür.