Masallı rayon sakini S.Ataşova məxsus avtomaşını qaçırmış tanışı V.Eynullayev avtomaşınla birlikdə saxlanılmışdır
01.01.20132012-ci il dekabrın 31-də Masallı rayonunun Ətcələr kənd sakini Seymur Ataşov RPŞ-nə müraciət edərək, həmin gün ona məxsus "VAZ-2103" markalı avtomaşının, tanışı Vüqar Eynullayev tərəfindən qaçırılmasını bildirmişdir. V.Eynullayev Masallı RPŞ əməkdaşları tərəfindən rayon ərazisində saxlanılmış və avtomaşın sahibinə qaytarılmışdır.