Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.10.2012Oktyabrın 29-da saat 11.00 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində, kənd sakini Tariyel Cavadov "Mercedes E-230" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişin - sürücünün bacısı Aysel Əhmədova hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.