Suraxanı rayonu Binə südçülük sovxozunun ərazisində yaşayan M.Əsgərzadə elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
29.10.2012Oktyabrın 28-də Suraxanı rayonunun Binə südçülük sovxozunun ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Mirrahim Əsgərzadə evdən çıxmış, geri qayıtmamışdır. Araşdırmalar zamanı onun Binə qəsəbəsindəki Südçülük Sovxozunun ərazisində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilmişdir.