Hacıqabul rayonunun Padarçöl kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.10.2012Oktyabrın 29-da saat 23.20 radələrində Hacıqabul rayonunun Padarçöl kəndi ərazisində, Sabirabad rayon sakini Qaraxan Həsənovun idarə etdiyi "VAZ-21063" və Ağcabədi şəhər sakini Vidadi Xudiyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Həsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.