Bülbülə qəsəbəsində yaşayan Bayram Məmmədovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
29.10.2012Oktyabrın 29-da saat 22.40 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki yeni tikilmiş evlərdən birində yaşayan Bayram Məmmədovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə dağıntı olmamış, yanıq xəsarətləri almış ev sahibi və qohumu 12 yaşlı Zeynəb Rəsulova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.