Salyan rayonunun Aşağı Kürkənd kənd sakini Turqut Cəbrayılov tutulmuşdur
16.10.2012Oktyabrın 17-də Salyan rayonunun Aşağı Kürkənd kəndində, naməlum şəxs münaqişə zəminində Cəlilabad rayon sakini Vasif Ağaquliyevə bıçaqla xəsarət yetirmiş, Elvin Süleymanlını və Rahil Rzayevi isə döymüşdür. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş kənd sakini, əvvəllər məhkum olunmuş Turqut Cəbrayılov tutulmuşdur. Araşdırmalar zamanı T.Cəbrayılovun oktyabrın 7-də Salyan şəhər avtovağzalında Əfqan Ələkbərova da bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir.