Dələduzluq etmiş Bakı şəhər sakini Tural Məmmədov tutulmuşdur
16.10.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Memarlıq Universitetinin tələbələri Banqladeş vətəndaşları Camal Uddinin, Camal Mohammadin, Şazal Kumarın, Nahid Khandokarın, Faruk Ahmedin etimadlarını qazanaraq, onlardan 6000 dollar pul almış Bakı şəhər sakini Tural Məmmədov tutulmuşdur.