Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisələri
16.10.2012Oktyabrın 17-də saat 12.00 radələrində Qaradağ rayonu ərazisində, İmişli rayon sakini Ülfət Şirinov "Nissan" markalı avtomaşını idarə edərkən, onu maenəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Oktyabrın 17-də saat 06.10 radələrində Qaradağ rayonu ərazisində, Qobustan qəsəbə sakini Şəfixan Burcəliyev "KamAZ" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Göyçay rayon sakini Səxavət Məmmədovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə Ş.Burcəliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini - oğlu Asif isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.