Daşkəsən rayonunun Qaratağlar kənd sakini Razəddin Mustafayev tutulmuşdur
16.10.2012Oktyabrın 16-da Daşkəsən rayonunun Qaratağlar kənd sakini Razəddin Mustafayev sərxoş halda xuliqanlıq zəminində həmkəndlisi Zəki Hüseynovu və onun ailə üzvlərini təhqir etmiş, özündə olan ov tüfəngindən 4 dəfə havaya atəş açaraq onları öldürəcəyi ilə hədələmişdir. R.Mustafayev Daşkəsən RPŞ əməkdaşları tərəfindən tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür. Araşdırmalar zamanı R.Mustafayevin həmin gün Qaratağlar kəndində yaşayan bacısı Raziyyənin evindən 6500 manat pul oğurlaması da müəyyən edilmişdir.