Avtomaşınlardan oğurluq etmiş Məhəmməd Mehdiyev tutulmuşdur
16.10.2012Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Bakı şəhər sakinləri Cavid Rzayevə məxsus "VAZ-2107" markalı avtomaşının arxa şüşəsini, 3 ədəd səsgücləndiricini, Elçin Tahirova məxsus "VAZ-2107" markalı avtomaşının arxa şüşəsini, maqnitofonunu və 3 ədəd səsgücləndiricini sökərək oğurlamış Məhəmməd Mehdiyev tutulmuşdur.