İtkin düşmüş Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Rüstəm Rüstəmovun meyiti tapılmışdır
01.10.2012Sentyabrın 13-nə keçən gecə Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Rüstəm Rüstəmov evdən çıxmış, geri qayıtmamışdır. R.Rüstəmovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti oktyabrın 2-də Samur-Abşeron su kanalının Siyəzən rayonunun ərazisindəki su durulducu hövəzəsində tapılmışdır.