Yol-nəqliyyat hadisəsi zamanı Binəqədi rayonunun Nübar qəsəbə sakini Elnur Sadıqov ölmüşdür
01.10.2012Oktyabrın 1-də saat 15.00 radələrində Binəqədi rayonunun Nübar qəsəbəsi ərazisində, qəsəbə sakini Elnur Sadıqovun idarə etdiyi "Opel" və Qax rayon sakini Hüseyn Əfəndiyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Sadıqov oktyabrın 2-də orada ölmüşdür.