İsmayıllı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
01.10.2012Oktyabrın 2-də saat 08.30 radələrində İsmayıllı şəhəri ərazisində, şəhər sakinləri Eldəniz Həsənovun idarə etdiyi "VAZ-21074" və Nazim Məlikovun idarə etdiyi "VAZ-21150" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış E.Həsənov və sərnişinləri Vahid Həsənov, Şəmsi Valehli, habelə N.Məlikov xəstəxanaya yerləşdirilmişlər. V.Həsənov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.