Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.10.2012Oktyabrın 2-də saat 07.05 radələrində Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində, rayon sakini İftixar Həsənzadənin idarə etdiyi "Niva" və Beyləqan şəhər sakini Süleyman Əhmədovun idarə etdiyi "VAZ-21074" makralı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Əhmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Minə Quliyeva, habelə İ.Həsənzadəyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.