Gəncə şəhəri ərazisində "Moskviç" markalı avtomaşını qaçırmış şəhər sakini İ.Vəliyev tutulmuşdur
09.08.2012Avqustun 10-na keçən gecə Gəncə şəhəri ərazisində, şəhər sakini Rüstəm Niftəliyevə məxsus "Moskviç" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın şəhər ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Gəncə şəhər sakini İlqar Vəliyev tutulmuşdur.