Bakının Nizami rayonu ərazisindən avtomaşın qaçırmış iki Astara şəhər sakini tutulmuşlar
09.08.2012Avqustun 7-də Bakının Nizami rayonu ərazisindən Əfqanıstan vətəndaşı Qulaməkbər Muhəmmədiyə məxsus qaçırılmış "Opel Vectra" markalı avtomaşın Astara şəhərində tapılmışdır. Nizami RPİ 23-cü PB və Astara RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Astara şəhər sakinləri Rəşad Axundov və Aygün Əliyeva tutulmuşlar.