Lerik rayonu ərazisində rabitə kabelini kəsərək oğurlamış şəxslər müəyyən edilmişdir
09.08.2012Avqustun 9-da Lerik rayonunun Veri-Əliabad kənd sakinləri polisə zəng edərək, kəndin ərazisindən keçən rabitə kabelinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə məlumat vermişlər. Araşdırmalar zamanı Lerik rayon Telekkomunikasiya Qovşağının Babaküçə kənd EATS-də işləyən Azad Kazımov və Fəyyaz Məhərrəmov tərəfindən Veri-Əliabad kənd EATS-nə gedən istifadə olunmayan kabelin 600 metrlik hissəsinin kəsilərək oğurlanması müəyyən edilmişdir.